Çoxqütblü dünya reallığa çevrilir - Putin

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 16:19 (UTC +04:00)
Çoxqütblü dünya reallığa çevrilir - Putin
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hal-hazırda hər kəs çoxqütblü dünyanın reallığa çevrilməsinin şahidi olur.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya-Afrika” İqtisadi və Humanitar Forumunda bildirib.

“Biz çoxqütblü dünyanın həqiqətən reallığa çevrilməsinin şahidiyik və bu, obyektiv, geri dönməz tendensiyadır”, – deyə Putin vurğulayıb.

Rusiya liderinin sözlərinə görə, forum, onun gündəliyi, iştirakçıların tərkibi, eləcə də azad və açıq dialoq qlobal transformasiya proseslərinə üzvi şəkildə uyğunlaşır.

O qeyd edib ki, bu proseslərin miqyası və dərinliyi o qədər böyükdür ki, onları həddindən artıq qiymətləndirmək belə çətindir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti