Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

Cəmiyyət Sənəd 28 Oktyabr 2026 16:38 (UTC +04:00)
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında və sistemlərində aparılan təkmilləşdirmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə vəzifəli şəxslər 250 manatdan 350 manatadək məbləğdə cərimə ediləcək.

Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları barədə məlumatlandırılmamasına görə vəzifəli şəxslər 350 manatdan 450 manatadək məbləğdə cərimə ediləcək.

Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə vəzifəli şəxslər 450 manatdan 550 manatadək məbləğdə cərimə ediləcək.

Xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati aktın, texniki sənədin və ya digər hüquqmüəyyənedici sənədin təqdim edilməməsinə, yaxud informativ xidmət göstərilməklə zəruri informasiyanın verilməməsinə görə vəzifəli şəxslər 550 manatdan 650 manatadək məbləğdə cərimə ediləcək.

Xidmət istifadəçilərinə dövlət xidmətlərinin göstərilməsindən imtinanın və ya xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası, habelə şikayət etmək hüququ barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər 650 manatdan 750 manatadək məbləğdə cərimə ediləcək.

Əlilliyi olan şəxslərin dövlət xidmətlərindən istifadəsinə şərait yaradılmamasına və ya normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda onlara səyyar xidmət göstərilməməsinə görə vəzifəli şəxslər 750 manatdan 850 manatadək məbləğdə cərimə ediləcək.

Dövlət xidməti üzrə məlumatlar Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmədən dövlət xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 850 manatdan 950 manatadək məbləğdə cərimə ediləcək.

Dövlət xidmətlərinin göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət xidmətlərinin göstərilməməsinə və ya xidmətin nəticəsi barədə istifadəçilərin məlumatlandırılmamasına görə vəzifəli şəxslər 950 manatdan 1 050 manatadək məbləğdə cərimə ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti