İspaniyada qatar qəzası ilə əlaqədar üçgünlük matəm elan ediləcək

Dünya xəbərləri Xəbər 28 Oktyabr 2026 19:18 (UTC +04:00)
İspaniyada qatar qəzası ilə əlaqədar üçgünlük matəm elan ediləcək
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada baş vermiş qatar qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək üçgünlük matəm elan ediləcək.

"The Guardian"ın məlumatına görə, bunu İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

O qeyd edib ki, İspaniya matəm içindədir və hökumət, eləcə də bütövlükdə dövlət qəza qurbanlarının və onların ailələrinin yanındadır.

Baş nazir bildirib ki, hökumətin əsas prioriteti zərərçəkənlərə və onların ailələrinə yardım göstərməkdir. O, həmçinin hadisə yerində çalışan bütün fövqəladə xidmət əməkdaşlarına gördükləri işə görə təşəkkür edib.

Sançes vurğulayıb ki, müstəqil dəmir yolu qəzası araşdırmaçıları və məhkəmə orqanları ilə birgə faciənin necə baş verdiyi və səbəblərinin nədən ibarət olduğu müəyyənləşdirilməlidir.

“Əgər hər hansı səhlənkarlıq olubsa, bu, üzə çıxarılacaq. Təhlükəsizlik sistemində çatışmazlıqlar aşkarlanarsa, onların aradan qaldırılması üçün ən qətiyyətli tədbirlər görüləcək”, – deyə baş nazir bildirib.

O qeyd edib ki, son aylarda İspaniyada baş vermiş iki geniş rezonans doğuran yüksək sürətli qatar qəzasının səbəbləri fərqli görünür.

Baş nazirin sözlərinə görə, yüksək sürətli dəmir yolu şəbəkəsinə ictimai etimadı bərpa etmək üçün təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir.

“İspaniya kimi bir ölkədə bir il ərzində iki yüksək sürətli dəmir yolu qəzasının baş verməsi qəbuledilməzdir”, – deyə Sançes əlavə edib.

Qeyd edək ki, oktyabrın 28-də İspaniyanın Toledo əyalətinin Urda şəhərində iki sürət qatarı toqquşub. Hadisə nəticəsində onlarla ölən və yaralanan var.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti