Xalq artisti Zaur Rzayev vəfat edib

Cəmiyyət Xəbər 29 Oktyabr 2026 19:12 (UTC +04:00)
Xalq artisti Zaur Rzayev vəfat edib

Bakı. Trend:

Xalq artisti Zaur Rzayev uzun sürən xəstəlikdən sonra bu gün müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

Məlumatı Xalq artistinin oğlu Əməkdar artist Azər Rzayev Trend-ə təsdiqləyib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin oktyabrın 29-da saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.

"Pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Zaur Rzayev 1952-ci ildə Kürdəmir rayonunda anadan olub. O, təhsilinə Hacıqabulda başlayıb, daha sonra Bakı Kitabxanaçılıq Texnikumunda və Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyub. 1980-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub.

Zaur Rzayev 1998-ci ildə Azərbaycanın Əməkdar artisti, 2003-cü ildə Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. O, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının rəhbəri kimi fəaliyyət göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti