Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Siyasət Xəbər 29 Oktyabr 2026 17:27 (UTC +04:00)
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlanyıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Məktubda qeyd edilib:

"Əlahəzrət,

Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İspaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Xəbər lenti

Xəbər lenti