Azərbaycanın ixracı idxalı 10,5 milyard dollar üstələyib

İqtisadiyyat Xəbər 29 Oktyabr 2026 10:07 (UTC +04:00)
Azərbaycanın ixracı idxalı 10,5 milyard dollar üstələyib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, əsas ixrac məhsulları üzrə qiymətlərin yüksək olması, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etdiyi şəraitdə Mərkəzi Bank 2026 və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu artım istiqamətində dəyişib:

"Yenilənmiş proqnozlara görə cari əməliyyatlar hesabında 2026-cı ildə 8.5 mlrd. ABŞ dolları (ÜDM-in 10%-indən yuxarı), 2027-ci ildə isə 5.4 mlrd. ABŞ dolları (ÜDM-in 6%-dən yuxarı) məbləğində profisit gözlənilir".

Ümumilikdə isə qeyd edib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır: "Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarətində 10.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-sentyabr aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 830.5 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 70% artıb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti