Bakı.Trend:
Pentaqon ABŞ Konqresinin bir qrup senatorun (həm Respublikaçılar , həm də Demokratlardan olan) Ukraynada "Starlink" peyk rabitə sistemində yaranan nasazlıqların araşdırılması ilə bağlı müraciətini yerinə yetirməkdən imtina edib.
Bu barədə “The Washington Post” (WP) məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna "Starlink"ə qoşulma sürətinin azaldığını bildirdikdən sonra bir neçə senator Pentaqonun baş müfəttişinə müraciət edərək araşdırma aparılmasını xahiş edib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi doqquz qanunvericidən — dörd respublikaçı və beş demokratdan ibarət qrupa bildirib ki, onların suallarına ABŞ Hərbi Hava Qüvvələri daha dolğun cavab verə bilər.
“Pentaqonun baş müfəttişinin Ukraynanın etibar etdiyi peyk rabitəsindəki nasazlıqları araşdırmamaq qərarına gəldiyi görünür. Bu, narahatlıq doğurur”, — deyə demokrat senator Cin Şahin (Jeanne Shaheen ing.) bildirib.
