Bakı.Trend:
Ötən gün İspaniyada baş vermiş ağır dəmir yolu qəzasından paytaxt Madriddə iğtişaşlara yol açıb. Yüzlərlə etirazçı Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşaraq nazir Oskar Puentenin və Baş nazir Pedro Sançezin istefasını tələb ediblər.
Bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Etirazçılar çox sayda insan itkisinə səbəb olmuş hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edən şüarlar səsləndiriblər.
Etirazlara səbəb Toledo əyalətində baş vermiş dəmir yolu qəzası olub. Yayılan məlumatlara görə, hadisə nəticəsində azı 68 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Əvvəl aksiya dinc başlayıb, daha sonra nümayişçilər polisin qurduğu mühasirə xəttini yarmağa cəhd ediblər. Onlar polis əməkdaşlarına qarşı fişənglər və digər əşyalar atıblar.
Məlumata görə, nümayişçiləri dağıtmaq üçün polis dəyənəklərdən, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
