Bakı. Trend:
1 saat öncə İranın Hörmüz boğazının şərqində ABŞ-yə məxsus “MQ 1” Pilotsuz Uçuş Aparatı vurulub.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, vurulan PUA artıq 14-cü “MQ 1” PUA-sı hesab olunur.
Bildirilir ki, sözügedən PUA İranın Hörmüzqan vilayətinin Sirik rayonu qarşısında Hörmüz boğazının şərqində İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin yeni sistemi tərəfindən vurulub.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
