Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

Siyasət Xəbər 29 Oktyabr 2026 14:46 (UTC +04:00)
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Ukraynaya ümumi dəyəri 1,47 milyon dollardan çox olan enerji avadanlıqlarından ibarət növbəti humanitar yardım partiyası göndərib.

Ukraynanın Energetika Nazirliyinin məlumatına görə, yükə 9 güc transformatoru, 186 kilometr elektrik naqili və ölkənin enerji sisteminin bərpası üçün zəruri olan digər mühüm avadanlıqlar daxildir.

İndiyədək Ukrayna Energetika Nazirliyinin logistika mərkəzləri vasitəsilə Azərbaycandan ümumi çəkisi 2 432,4 tondan çox olan avadanlıqlardan ibarət 159 humanitar yük qəbul edilib.

Əvvəlki tədarüklərə güc transformatorları, transformator yarımstansiyaları, generatorlar, elektrik naqilləri və enerji infrastrukturunun fəaliyyətini təmin etmək üçün zəruri olan digər avadanlıqlar daxil olub.

Qeyd edək ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2026-cı il tarixli sərəncamına uyğun olaraq, Energetika Nazirliyi tərəfindən təmin edilib. Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik enerjisi təchizatı sahəsində humanitar yardım göndərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti