Bu ölkədə müəllimlər və şagirdlər kütləvi aksiya keçirəcək

Dünya xəbərləri Xəbər 29 Oktyabr 2026 17:01 (UTC +04:00)
Bu ölkədə müəllimlər və şagirdlər kütləvi aksiya keçirəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Federal Məktəblilər Konfransı noyabrın 20-də Berlində təhsil, əmək bazarı və pensiya sistemi ilə bağlı problemlərə diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək.

Bunu təşkilatın baş katibi Emi Kirxhof NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, aksiyada müəllimlər, gənclər birlikləri, Federal Valideynlər Şurası və Fridays For Future iqlim hərəkatının nümayəndələri də iştirak edəcəklər.

Bundan əvvəl təşkilat oktyabrın 31-də Almaniyanın 20-dən çox şəhərində keçirilməsi planlaşdırılan gənclər etirazlarında iştirak etməyəcəklərini bildirmişdi. Həmin aksiyalarda təhsilə investisiyaların artırılması, hərbi mükəlləfiyyətin bərpası planından imtina edilməsi və yaşayış xərclərinin artımının qarşısının alınması tələb olunacaq. Belə ki, təşkilat həmin etirazların kütləvi iğtişaşlara çevriləcəyindən ehtiyat edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti