Rusiyanın Cənubi Kuril adaları yaxınlığında zəlzələ olub

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 05:03 (UTC +04:00)
Rusiyanın Cənubi Kuril adaları yaxınlığında zəlzələ olub

Bakı. Trend:

Rusiyanın Saxalin vilayətinin Cənubi Kuril adaları yaxınlığında, Sakit okeanda 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından məlumat verilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, zəlzələ oktyabrın 30-da yerli vaxtla saat 08:12-də episentri Şikotan adasındakı Malokurilskoye kəndindən 102 kilometr şərqdə, Sakit okeanda olmaqla baş verib. Zəlzələnin ocağı dəniz dibinin 60 kilometr dərinliyində yerləşib.

Onun sözlərinə görə, seysmik hadisə Şikotan adasında 2 bal gücündə hiss olunub, sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti

Xəbər lenti