Bakı. Trend:
Yelo Bank rəqəmsal investisiya xidməti Yelo Invest-də
müştərilərə portfelini daha aydın görməyə imkan verən yeni
“Analitika” funksiyasını istifadəyə verib. Ölkədəki investisiya
tətbiqləri arasında bu imkan ilk dəfə Yelo Invest-də təqdim
olunur.
Artıq müştərilər portfeldəki səhm və ETF-lərin ümumi mənzərədə nə
qədər yer tutduğunu bir baxışda görə bilir. İnvestisiyaların hansı
sektorlara yayıldığını isə rəngarəng və sadə qrafiklərlə izləmək
mümkündür.
“Analitika” bölməsi təkcə portfeli deyil, bazarı da göstərir.
Portfeldəki hansı səhmlərin dəyər qazandığını, hansılarının
itirdiyini görməklə yanaşı, bütün bazar üzrə dəyər qazanan və
itirən səhmləri də izləmək mümkündür. Beləliklə, növbəti addımı
atmazdan əvvəl həm portfelin strukturunu, həm də bazarda baş
verənləri bir yerdə görmək və qərarı daha əmin vermək olur.
Yelo Bank bu yeniliklə investorların portfelinə daha aydın
baxmasına və qərarlarını daha rahat verməsinə şərait yaradır. 14
mindən çox investisiya alətini özündə cəmləyən Yelo Invest-də hesab
açmaq isə bir neçə sadə addımdan ibarətdir: hesabını aç və səhm
imkanlarını kəşf et! Üstəlik hər ay investorlar üçün komissiyasız
investisiya alış həftəsi keçirilir. Daha ətraflı: https://ylb.az/invest.
Yelo Invest haqqında:
Yelo Invest Yelo Bank-ın Yelo App mobil tətbiqi daxilində təqdim
etdiyi rəqəmsal investisiya
platformasıdır. Platforma müştərilərə ABŞ və yerli bazarlarda geniş
investisiya imkanlarını kəşf etmək imkanı verir. Yelo Invest
xidməti Yelo Bank və “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə
tərəfdaşlığı çərçivəsində təqdim olunur.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!