Roma Papası ABŞ seçkilərində səs vermək qərarına gəlib

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 10:17 (UTC +04:00)
Roma Papası ABŞ seçkilərində səs vermək qərarına gəlib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin İllinoys ştatında seçici qeydiyyatında olan Roma Papası XIV Leo ABŞ Konqresinə aralıq seçkilərdə poçt vasitəsilə səs vermək üçün seçki bülleteni tələb edib.

Bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Katolik kilsəsinin rəhbəri oktyabrın 3-də seçki bülleteni almaq üçün müraciət edib. Bu barədə nəşrə Uill dairəsinin katiblik aparatının rəhbəri Kim Fladhammer məlumat verib.

“Katiblik hələ pontifikdən doldurulmuş seçki bülletenini almayıb”, – deyə NBC News-un materialında bildirilir.

Materialın müəllifləri qeyd edirlər ki, doğularkən Robert Frensis Prevost adını daşıyan XIV Leo ABŞ-da seçkilərdə iştirak edən ilk Roma Papası ola bilər. O, 2025-ci ilin mayında Roma Papası seçilərək bu vəzifəni tutan ilk amerikalı olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti