ABŞ-də iki helikopterin toqquşması nəticəsində üç nəfər ölüb

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 08:19 (UTC +04:00)
ABŞ-də iki helikopterin toqquşması nəticəsində üç nəfər ölüb

Bakı. Trend:

ABŞ-nin Oreqon ştatında iki helikopterin havada toqquşması nəticəsində üç nəfər həlak olub.

Bu barədə Yamhill dairəsi şerifinin ofisinin mətbuat xidməti məlumat yayıb.

“2026-cı il oktyabrın 29-da təxminən saat 14:10-da şahidlər Makminvill şəhərinin şimalında, Amity-Dayton şosesi ilə Krinkşenk yolunun kəsişməsində iki helikopterin toqquşması barədə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri Robinson helikopterinin göyərtəsində iki, Airbus helikopterində isə bir nəfərin olduğunu təsdiqləyiblər. Onların hər üçü həlak olub”, – deyə şerif ofisinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, "Robinson R22" helikopterinin göyərtəsində Texas ştatından olan pilot-təlimatçı və Böyük Britaniyadan olan tələbəsi, Airbus helikopterində isə 38 yaşlı yerli sakin olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti