Bakı. Trend:
Avropa Komissiyası 2027-ci ildə Ukraynaya 45 milyard avro həcmində maliyyə dəstəyinin göstərilməsini təsdiqləyib.
Bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, Avropa Komissiyası Aİ Şurasının Ukraynaya ayrılması planlaşdırılan kreditin 2027-ci ilə nəzərdə tutulan 45 milyard avroluq qalan hissəsinin təsdiqinə dair təklifini qəbul edib.
Qeyd edək ki, Kiyev 2027-ci il üçün Avropa İttifaqından ümumilikdə 70 milyard avro maliyyə yardımı istəyib. Avropa Komissiyasının açıqlamasına görə, ayrılacaq vəsaitin 13,3 milyard avrosu Aİ büdcəsinin maliyyələşdirilməsinə, 31,7 milyard avrosu isə silah tədarükünə sərf olunacaq.
Komissiya əlavə maliyyə resurslarının cəlb edilməsi imkanlarını da nəzərdən keçirəcəyini açıqlayıb. Bununla belə, əlavə vəsaitin hansı mənbələrdən əldə ediləcəyi barədə məlumat verilməyib.
Avropa Komissiyası ayrılan məbləği kredit kimi təqdim etsə də, faktiki olaraq bu vəsait Ukraynaya geri qaytarılmamaq şərti ilə veriləcək. Kredit üzrə faiz ödənişləri isə Avropa İttifaqının büdcəsi hesabına həyata keçiriləcək.