Hörmüzdə hücuma məruz qalan tankerin ekipaj üzvləri xilas edilib

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 17:58 (UTC +04:00)
Hörmüzdə hücuma məruz qalan tankerin ekipaj üzvləri xilas edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Omanın Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə koordinasiyalı şəkildə Hörmüz boğazında hücuma məruz qalan tankerin 25 ekipaj üzvünü təxliyə edib.

Bu barədə Oman Müdafiə Nazirliyi məlumat yayıb.

“Omаnın Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hücum nəticəsində göyərtəsində yanğın baş verən Panama Respublikasının bayrağı altında üzən ticarət gəmisinin 25 ekipaj üzvünü təxliyə edib”, – deyə bəyanatda bildirilib.

Hadisə Oman əyaləti olan Müsəndəm sahillərindən 10,6 dəniz mili (təxminən 20 kilometr) aralıda baş verib. Dənizçilərə zəruri tibbi yardım göstərilib.

Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Hörmüz boğazından çıxarkən tankerə hücum edildiyi barədə məlumat yayıb. Mərkəzin məlumatına görə, oktyabrın 29-da bir qayıq gəminin sol bortuna yaxınlaşaraq gövdəsinə iki partlayıcı qurğu yerləşdirib. Partlayış və mühərrik bölməsində baş verən yanğın nəticəsində tanker müvəqqəti olaraq hərəkət qabiliyyətini itirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti