Neftin gələ ilki qiyməti ilə bağlı proqnoz açıqlandı

İqtisadiyyat Xəbər 30 Oktyabr 2026 12:29 (UTC +04:00)
Neftin gələ ilki qiyməti ilə bağlı proqnoz açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

“Brent” markalı neftin qiymətinin dəyişməsi ilə bağlı risklər hələ də artım istiqamətindədir. Baza proqnozu ilə müqayisədə əlavə artım potensialı 2026-cı ildə bir barel üçün 2,9 dollar, 2027-ci ildə isə 5,8 dollar həcmində qiymətləndirilir.

Oksford Enerji Araşdırmaları İnstitutunun (OIES) "OIES Oil Monthly" hesabatında bildirilir ki, 2026-cı ilin dördüncü rübündə Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi, neft infrastrukturuna hücumların və/və ya Hörmüz və Bab əl-Məndəb boğazları vasitəsilə tranzitdə fasilələrin baş verməsi tədarükün son dövrdə bərpa olunmasının qismən dayanmasına və neftin daşınması ilə bağlı məhdudiyyətlərin daha da ağırlaşmasına səbəb ola bilər.

“Hasilat ehtiyatlarının tükənməsi fonunda belə bir ssenari “Brent” markalı neftin qiymətinin 2026-cı ilin dördüncü rübündə bir barel üçün 131 dollara, 2027-ci ildə isə 96 dollara yüksəlməsinə səbəb ola bilər. Bu, müvafiq olaraq, baza proqnozundan 19 və 9 dollar çoxdur.

Digər ssenari Yaxın Şərq regionundan maye karbohidrogenlərin tədarükünün əməliyyat və ixrac məhdudiyyətlərinin davam etməsi, eləcə də münaqişənin uzunmüddətli həllinin olmaması fonunda daha yavaş bərpasını nəzərdə tutur. Bu halda ehtiyatların doldurulmasının ləngiməsi “Brent” markalı neftin qiymətinin 2026-cı ilin dördüncü rübündə bir barel üçün 117 dollara, 2027-ci ildə isə 96 dollara yüksəlməsinə gətirib çıxara bilər.

Neft məhsullarının əlçatanlığının bərpası ilə dəstəklənən daha dayanıqlı tələb 2027-ci il üçün “Brent” markalı neftin qiymət proqnozunu 3,5 dollar artıraraq bir barel üçün 90 dollara çatdıra bilər”, - deyə institutun hesabatında qeyd olunur.

Bununla yanaşı, OIES qiymətlərin azalması ilə bağlı ssenariləri də nəzərdən keçirir.

“2026-cı ilin dördüncü rübündə ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılmasına və sanksiyalara riayət olunmasına nəzarətin yumşaldılmasına gətirib çıxaracaq diplomatik irəliləyiş neft ixracının artmasına, daşınma xərclərinin və tədarükdə fasilə risklərinin azalmasına şərait yarada bilər. Nəticədə, 2027-ci ildə “Brent” markalı neftin qiyməti bir barel üçün 83 dollara qədər enə bilər”, - deyə hesabatda bildirilir.

Bundan əlavə, 2027-ci ilin sonunadək Yaxın Şərq regionunda hasilatın tam və ya demək olar ki, tam bərpası ehtiyatların doldurulmasını sürətləndirə və “Brent” markalı neftin orta illik qiymətinin bir barel üçün 83 dollara qədər azalmasına səbəb ola bilər.

“OIES qiymətlərin azalması ilə bağlı ən ciddi riskin tələbin zəifləməsi olduğunu hesab edir. Yanacağın yüksək qiymətlərinin uzunmüddətli təsiri və sənaye fəallığına təzyiq neft istehlakını məhdudlaşdıra bilər. Belə bir ssenaridə “Brent” markalı neftin qiyməti 2027-ci ilin ikinci rübündə bir barel üçün təxminən 75 dollara, orta illik qiymət isə 79 dollara qədər enə bilər.

Ümumilikdə, OIES-in qiymətləndirməsinə görə, “Brent” markalı neftin mümkün orta illik qiymət diapazonu 2026-cı ildə bir barel üçün 95-105 dollar, 2027-ci ildə isə 71-109 dollar təşkil edir”, - deyə institutun hesabatında qeyd olunur.

"Наиболее существенным риском снижения цен OIES считает ослабление спроса. Продолжительное влияние высоких цен на топливо и давление на промышленную активность могут ограничить потребление нефти. При таком сценарии цена Brent может снизиться примерно до 75 долларов за баррель во втором квартале 2027 года, а среднегодовой показатель - до 79 долларов.

В целом, согласно оценке OIES, совокупный диапазон возможных среднегодовых цен Brent составляет 95-105 долларов за баррель в 2026 году и 71-109 долларов в 2027 году", - говорится в отчете института.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti