Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir (FOTO)

Cəmiyyət Xəbər 30 Oktyabr 2026 12:19 (UTC +04:00)
Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdam şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsi və yaşıllıqların götürülməsi ilə əlaqədar ekoloji tələblərin icra vəziyyəti müzakirə olunur.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti