Bakı.Trend:
İspaniyanın Əndəlüs bölgəsinin Qranada şəhərində sursat istehsalı zavodunda güclü partlayış baş verib.
Bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Partlayışla bağlı məlumat yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:00) El-Farqe rayonunda yerləşən təcili yardım xidmətlərinə daxil olub. Hadisə yerinə polis, tibb işçiləri və yanğınsöndürənlər cəlb olunub. İlkin məlumata görə, partlayış zavodun tullantıların yandırıldığı sahəsində baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ağır xəsarət alanlarla bağlı müraciət qeydə alınmayıb. Hazırda üç nəfərin zərər çəkdiyi məlumdur. Partlayış nəticəsində onların eşitmə qabiliyyətində problemlər yaranıb.
