İspaniyada qatar qəzasında ölənlər arasında 30-a yaxın ölkənin vətəndaşı var

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 16:00 (UTC +04:00)
İspaniyada qatar qəzasında ölənlər arasında 30-a yaxın ölkənin vətəndaşı var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyada baş vermiş dəmir yolu qəzasında həlak olanlar arasında daha 27 ölkənin vətəndaşları var.

TASS-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.

“Qurbanlar arasında təkcə ispanlar deyil, həm də 27-yə qədər müxtəlif millətin nümayəndələri var”, – deyə o bildirib.

Bir gün əvvəl İspaniya Biznes Təşkilatları Konfederasiyası (CEOE) keçmiş əmək naziri Fatima Banyesin dəmir yolu qəzasında həlak olduğunu açıqlayıb.

Xatırladaq ki, oktyabrın 28-də Renfe şirkətinə məxsus AVE sürət qatarı Toledo yaxınlığında özəl Iryo daşıyıcısının qatarı ilə toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxıb. Hər iki qatarda ümumilikdə təxminən 540 sərnişin olub. Hadisə nəticəsində azı 68 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti