Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.
Bu barədə Trend-ə YAP-ın Təftiş Komissiyasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin deputatı Nizami Səfərov məlumat verib.
Belə ki, komissiyanın bu gün keçirilən iclasında sədr və onun müavininin seçilməsi məsələsinə baxılıb.
YAP-ın VIII Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Sevinc Hüseynovanın sədr, Nizami Səfərovun isə sədr müavini vəzifəsinə namizədliyini irəli sürüblər.
Səsvermənin nəticəsinə əsasən, hər iki namizəd müvafiq vəzifələrə seçilib.
Xatırladaq ki, YAP-ın VII Qurultayından sonra formalaşdırılan Təftiş Komissiyasına da Sevinc Hüseynova rəhbərlik edib, Nizami Səfərov isə onun müavini olub.
