İtaliyada etirazçılarla polis arasında toqquşmalar olub

Dünya xəbərləri Xəbər 30 Oktyabr 2026 17:14 (UTC +04:00)
İtaliyada etirazçılarla polis arasında toqquşmalar olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İtaliyanın Bolonya şəhərində polis əməkdaşları ilə etirazçılar arasında toqquşmalar baş verib.

Bu barədə RT məlumat yayıb.

Aksiyada xəsarət alanların və saxlanılanların sayı barədə hələlik məlumat verilmir.

Bu gün İtaliyanın müxtəlif şəhərlərində qiymətlərin və yaşayış xərclərinin artmasına, eləcə də militarizasiyaya qarşı etiraz aksiyaları keçirilir.

Nümayişlər paralel olaraq Roma və Neapol şəhərlərində keçirilir.

Bundan əlavə, həmkarlar ittifaqları İtaliyanın mərkəzində yerləşən Karrara və Livorno limanlarının fəaliyyətini dayandırıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti