Polşada siyasi böhran: Prezident güc strukturlarına çağırış etdi (YENİLƏNİB)

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 09:44 (UTC +04:00)
Polşada siyasi böhran: Prezident güc strukturlarına çağırış etdi (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:
Polşa Prezidenti Karol Navrotski bu gecə Varşavada ölkənin ali məhkəmə orqanlarından biri olan Konstitusiya Tribunalının zor gücünə ələ keçirildiyini bəyan edib.

“Bu gecə Polşa Respublikasında ictimai asayiş pozulub və konstitusion dövlət orqanı zor gücünə ələ keçirilib. Ali Məhkəmənin birinci sədri, hakim Zbiqnev Kapinski ilə məsləhətləşmələr apardım. O da Konstitusiya Tribunalında hakimiyyəti qəsb edən şəxslərin hərəkətlərini qanuni hesab etmir”, – deyə o, mitinq iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

Navrotski hüquq qaydasının bərpa olunmasına çağırıb və güc strukturlarının əməkdaşlarından Konstitusiya Tribunalının ərazisini tərk etmələrini tələb edib.

Qeyd edək ki, bundan əvvəl Polşanın müxalifət partiyalarının nümayəndələri Baş nazir Donald Tuskun hökumətinin ölkənin Konstitusiya Məhkəməsi ilə bağlı hərəkətlərini kəskin tənqid edərək, baş verənləri dövlət çevrilişinə cəhd və məhkəmə orqanı üzərində nəzarətin zor gücünə ələ keçirilməsi cəhdi adlandırıblar.

“Rzeczpospolita” nəşrinin məlumatına görə, oktyabrın 30-da axşam saatlarında Konstitusiya Məhkəməsinin rəsmi saytında hakim Anna Korvin-Petrovskayanın məhkəmənin hazırkı sədri Boqdan Svençkovski və onun müavini Bartlomey Sohaniskinin bir aylıq məcburi məzuniyyətə göndərilməsi barədə bəyanatı dərc olunub.

09:15

xxx

Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsi ətrafında yaranmış münaqişə ilə əlaqədar parlament partiyalarının nümayəndələri ilə təcili müşavirə çağırıb.

Tass-ın məlumatına görə, bu barədə Prezident Administrasiyasının rəhbəri Pavel Şefernaker məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrin məqsədi siyasi vəziyyəti sabitləşdirmək və konstitusiya quruluşunu bərpa etməkdir.

Qeyd edək ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svyençkovskinin vəzifəsindən kənarlaşdırılması və toxunulmazlığından məhrum edilməsi barədə vəsatət təqdim edib.

Məhkəmə binası yaxınlığında etirazçılarla polis arasında gərginlik yaşanıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Hadisələrlə əlaqədar Navrotski Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti