"Çelsi"nin futbolçusu karyerasını İspaniya La Liqasında davam etdirə bilər

İdman Xəbər 31 Oktyabr 2026 05:17 (UTC +04:00)
"Çelsi"nin futbolçusu karyerasını İspaniya La Liqasında davam etdirə bilər

Bakı. Trend:

"Çelsi"nin futbolçusu Estevao karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"Barselona" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya nəhəngi Estevaonu yanvarda heyətinə qatmağa çalışacaq. "Barselona"nın planı 19 yaşlı ön xətt oyunçusunu icarəyə götürməkdir.

Qeyd edək ki, "Çelsi" Estevaonu 2025-ci ilin yayında "Palmeyras"dan 45 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 8 rəsmi matçda 172 dəqiqə meydanda olub.

Xəbər lenti

Xəbər lenti