Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaların qüvvədə qalacağını bildirib

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 04:33 (UTC +04:00)
Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaların qüvvədə qalacağını bildirib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı tətbiq olunan sanksiyaların hələlik qüvvədə qalacağını bildirib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin sualını cavablandırarkən deyib.

Sanksiyaların ləğvinin nəzərdən keçirilib-keçirilmədiyi barədə suala cavab verən ABŞ Prezidenti hazırda bu istiqamətdə heç bir addım atmadığını bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl fonda qarşı məhdudiyyətlərin aradan qaldırılması məsələsinin Vaşinqtonla müzakirə edildiyini açıqlamışdı. “The New York Times” qəzeti də Tramp administrasiyasının bu ehtimalı araşdırdığını yazmışdı.

Xəbər lenti

Xəbər lenti