ABŞ Venesuela neftindən İran müharibəsinə sərf etdiyi vəsaitdən 10 dəfə çox gəlir əldə edib - Tramp

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 06:33 (UTC +04:00)
ABŞ Venesuela neftindən İran müharibəsinə sərf etdiyi vəsaitdən 10 dəfə çox gəlir əldə edib - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən əldə etdiyi gəlirin İranla müharibəyə çəkilən xərcləri 10 dəfə üstələdiyini iddia edib.

O, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, demokrat konqresmen Ro Hanna İranla müharibəyə 25 milyard dollar xərcləndiyini bildirsə də, ABŞ Venesueladan bu məbləğdən təxminən 10 dəfə çox gəlir əldə edib.

Amerika lideri daha əvvəl də Venesuelada həyata keçirilən tədbirlər nəticəsində İrana qarşı müharibəyə sərf olunan vəsaitin kompensasiya edildiyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti