Bakı. Trend:
Polşada Konstitusiya Tribunalının sədri və sədr müavininin xidməti səlahiyyətləri bir ay müddətinə dayandırılıb.
Polşa Mətbuat Agentliyinin (PAP) məlumatına görə, Konstitusiya Tribunalının rəsmi saytında qurumun sədri Boqdan Sventyçkovskinin və onun müavini Bartoş Soxanskinin bir ay müddətində vəzifələrini icra etməyəcəkləri barədə məlumat dərc olunub.
Bu müddət ərzində tribunalın fəaliyyətinə qurumda ən uzun müddət çalışan hakim Anna Korvin-Petrovskaya rəhbərlik edəcək.
Bildirilib ki, belə bir qərarın verilməsinə səbəb kimi bir sıra pozuntular göstərilib. Bunlara sədr və müavinin parlament tərəfindən seçilmiş bütün hakimlərin iştirakı ilə tribunal hakimlərinin ümumi iclasının keçirilməsinə mane olan hərəkətləri, həmçinin məhkəmə tərkiblərinin formalaşdırılması zamanı yol verilmiş qanun pozuntuları daxildir.
Qərarın açıqlanmasından sonra tribunalın binası qarşısında çoxsaylı etirazçılar toplaşıb. Bir müddət sonra polis əməkdaşları da əraziyə cəlb olunub.