Bakı.Trend:
Türkiyənin Edirnə bölgəsində xarici turistləri daşıyan tur avtobusu ilə yük maşını toqquşub.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edilib ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb.
Ətrafdakı sakinlərin məlumatı əsasında hadisə yerinə jandarma, polis, yanğınsöndürənlər və çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib. Polis əməkdaşları qəza yerində təhlükəsizlik tədbirləri görüblər.
