Bakı.Trend:
Misirin Mədinət-Əl-Sadis şəhərinin dairəvi avtomobil yolunda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb.
Bu barədə "Al-Arabia" məlumat yayıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
