Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni pasport alacaq. O yeni yeni şəxsiyyət vəsiqəsi almaq üçün biometrik məlumatların toplanması prosedurundan keçib.
Bu barədə Armenpress məlumat yayıb.
Paşinyan İrəvandakı “Yerevan Mall” ticarət mərkəzində yeni biometrik sənədlərin verilməsi üzrə ilk xidmət ofisinin açılış mərasimində iştirak edib və şəxsən biometrik məlumatlarını təqdim edib.
Xatırladaq ki, Ermənistanda yeni biometrik sənədlərin verilməsi sisteminin noyabrın 1-dən fəaliyyətə başlaması nəzərdə tutulur.
