Bakı. Trend:
Moskvanın Şeremetyevo hava limanında reyslərin ləğv edilməsi və təxirə salınması yüksək sərnişin sıxlığı yaranıb.
Böyük izdihamın videogörüntüsü "Newsfeed"in "X" səhifəsində paylaşılıb.
Sərnişinlər gözləmə zallarında toplaşıb, bəziləri isə birbaşa döşəmədə yatmağa məcbur qalıb.
Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı (Rosaviasiya) Ukraynanın dron hücumları fonunda mülki hava gəmilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə müntəzəm olaraq hava limanlarında uçuşları dayandırır.
