Türkiyə ordusunun əsgəri şəhid olub

Dünya xəbərləri Xəbər 31 Oktyabr 2026 12:08 (UTC +04:00)
Türkiyə ordusunun əsgəri şəhid olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə sərhədi qanunsuz keçmə hadisəsinə müdaxilə zamanı yaralanan hərbçi şəhid olub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hakkari vilayətinin Yüksəkova rayonunda sərhədi qanunsuz keçmə hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində əsgər Yusuf Sait Ünlü yaralanıb.

Bildirilib ki, o, helikopterlə Hakkari Dövlət Xəstəxanasına çatdırılıb. Lakin göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbçi aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti