Bakı. Trend:
İrana qarşı ehtimal olunan hər bir hədəyə dərhal və effektiv şəkildə cavab veriləcək.
İranın Ali Liderinin ofisinin məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Müctəba Xamenei şənbə günü (31 oktyabr) İran Silahlı Qüvvələrinin yüksək səviyyəli komandanları ilə görüşdə deyib.
“İrana qarşı yenidən hərbi hücumlar başlandığı halda, müharibənin zamanı və sona çatması şərtlərini təyin edən tərəf İran silahlı qüvvələri olacaq”, - deyə o bildirib.
İranın Ali Lideri əlavə edib ki, güclü şəkildə mübarizə aparmaq maksimum önləyici olmağın əsas prioritetlərindən biridir. İstənilən səviyyədə hər növ hədə dərhal, effektiv və coğrafi məhdudiyyət olmadan cavabla qarşılaşmalıdır.
Xamenei Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik mexanizminin formalaşmasında birliyi strateji effektivliyə malik təyinedici dəyişiklik adlandırıb və bu mexanizmin müsəlman dövlətlərin və xalqların birliyinin gün-gündən artmasına şərati yaradacağına ümid edib.
Görüşdə İran silahlı qüvvələrinin baş qərargah rəisi, İran ordusunun komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Fars körfəzinin sahilləri, Hörmüz boğazındakı əməliyyat zonaları, Oman körfəzi, İranın şimal-qərb və cənub-şərq sərhədləri və bir neçə dəfə daha çox silah və sursatın istehsal olunması haqda məlumatlar təqdim edib.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei ölüb. Onun yerinə oğlu, Ayətullah Seyid Müctəba Xamenei təyin olunub.
