Bakı. Trend:
Noyabrın 8-də Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək.
Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq konsert Bakıda Dənizkənarı Milli Parkda, Saat gülləsinin yanında olacaq.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.
Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.