Bakı. Trend:
Fransada yaşayış xərcləri, dövlət xidmətləri və hökumətin siyasətindən narazılıq səbəbilə keçirilən etiraz aksiyaları fonunda mümkün iğtişaşların qarşısını almaq üçün 70 min polis əməkdaşı səfərbər edilib.
"Reuters"in məlumatına görə, Fransanın daxili işlər naziri Laurent Nunez hər hansı qarışıqlığa qarşı sərt tədbirlər görüləcəyini bildirib.
Onun sözlərinə görə, ölkə üzrə təxminən 150 nümayiş və toplantının keçirilməsi planlaşdırılır. Hakimiyyət orqanları iğtişaş iştirakçılarının şəxsiyyətlərini gizlətmək üçün "Halloween" maskalarından istifadə edə biləcəyindən də ehtiyatlanır.
Qeyd edək ki, etirazlar sentyabrın sonlarında 2027-ci il dövlət büdcəsi ilə bağlı müzakirələr fonunda genişlənib. Aksiyalara tələbələr, həmkarlar ittifaqları və "Sarı jiletlilər" hərəkatının nümayəndələri qoşulub.
Əvvəlki iğtişaşlar zamanı Fransanın müxtəlif şəhərlərində mağazalara, ictimai binalara və müəssisələrə ziyan dəyib. Ticarət Palatasının hesablamalarına görə, pərakəndə satış sektorunun itkiləri 1 milyard avronu ötüb.