Tramp Zelenskini G20 sammitinə dəvət edəcək

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 07:16 (UTC +04:00)
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp dekabr ayında Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək Böyük İyirmiliyin (G20) sammitinə Ukrayna Prezidenti Volodimir Zelenskini dəvət etmək niyyətindədir.

Jurnalistin Zelenskini “Böyük iyirmiliyin” görüşünə dəvət edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp “Bəli, bunda heç bir problem yoxdur”, – deyə bildirib.

“Düşünürəm ki, Ukrayna ilə Rusiya arasında müharibə o qədər də uzaq olmayan gələcəkdə başa çatacaq”, – deyə ABŞ Prezidenti əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti