Bakı. Trend:
"Binance" kriptovalyuta birjası bəzi aktivlər üzrə vəsaitlərin çıxarılmasını bərpa edib.
Bu barədə kriptobirjanın “Telegram” kanalında məlumat verilib.
“Hazırda aşağıdakı şəbəkələr və aktivlər üzrə vəsaitlərin çıxarılması bərpa olunub: BTC: BTC; ETH: ETH, USDT, USDC; BSC: BNB, USDT, USDC; XRP: XRP; Base: ETH, USDC; DOGE: DOGE; OP (Optimism): ETH, USDT, USDC; ARBITRUM: ARB, ETH, USDT, USDC; TRX: TRX, USDT”, – deyə məlumatda bildirilir.
Qeyd olunub ki, təhlükəsizlik yoxlamaları başa çatdıqca birja əlavə aktivlər və şəbəkələr üzrə dəstəyi mərhələli şəkildə bərpa etməyə davam edir.