BƏƏ İran böhranında istənilən ssenariyə hazırdır

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 16:47 (UTC +04:00)
BƏƏ İran böhranında istənilən ssenariyə hazırdır

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti İran və ABŞ arasında yaranmış böhranın sülh yolu ilə həllinə ümid edir, lakin eyni zamanda vəziyyətin kəskinləşəcəyi təqdirdə buna hazırdır.

Bunu BƏƏ Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Ənvər Qarqaş deyib

“Biz diplomatik irəliləyişin əldə olunacağına ümid edirik”, – deyə o bildirib.

Qarqaşın sözlərinə görə, Tehran və Vaşinqton arasında hərbi əməliyyatların yenidən başlaması bütün tərəflərin maraqlarına ziddir.

“Lakin bununla yanaşı, biz ən pis ssenariyə də hazırıq. Düşünürəm ki, keçmişdə bunu sübut etmişik”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti