ABŞ-də aralıq seçkilərdə 50 milyondan çox seçici vaxtından əvvəl səs verib

Dünya xəbərləri Xəbər 1 Noyabr 2026 08:36 (UTC +04:00)
ABŞ-də aralıq seçkilərdə 50 milyondan çox seçici vaxtından əvvəl səs verib

Bakı. Trend:

ABŞ-də Konqresə keçiriləcək aralıq seçkilərdə indiyədək 50 milyondan çox seçici vaxtından əvvəl səs verib.

Amerika KİV-lərinin məlumatına görə, Florida Universitetinin hesablamaları əsasında şənbə gününə olan məlumata görə, erkən səsvermədə iştirak edənlərin sayı 50,5 milyona çatıb. Bu, 2022-ci ildə keçirilmiş aralıq seçkilərlə müqayisədə təxminən 5 milyon nəfər çoxdur.

Erkən səsvermədə iştirakın artımı xüsusilə ənənəvi olaraq Respublikaçılar Partiyasını dəstəkləyən Texas, Alyaska və Kanzas ştatlarında müşahidə olunur. Bu il həmin ştatlarda partiyalar arasında seçici səsləri uğrunda gərgin mübarizə gedir.

Belə ki, Texasda vaxtından əvvəl səs verənlərin sayı artıq 7 milyonu ötüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 milyon nəfər çoxdur. Kanzasda erkən səsvermənin göstəricisi 34 faiz, Mendə 44 faiz, Miçiqanda isə 32 faiz artıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp da vaxtından əvvəl səs veriblər. Qeyd edək ki, Tramp daha əvvəl seçki günü şəxsən səs verməyə üstünlük verdiyini bildirmişdi.

Əsas səsvermə noyabrın 3-də keçiriləcək. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın üçdəbir hissəsi seçiləcək.

Hazırda ABŞ Konqresinin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.Florida univers

Məqalədə:

Xəbər lenti

Xəbər lenti