Hörmüz boğazında iki tanker minaya düşüb

Dünya xəbərləri Xəbər 2 Noyabr 2026 01:03 (UTC +04:00)
Hörmüz boğazında iki tanker minaya düşüb

Bakı. Trend:

İranın icazə vermədiyi marşrutla Hörmüz boğazından keçən iki tanker minaya düşüb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“İki tanker Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edərkən dəniz minalarına düşüb”, – deyə SEPAH-ın bəyanatında bildirilib.

Qeyd olunub ki, gəmilərdən biri supertanker sinfinə aiddir və hadisə nəticəsində yanğın baş verib.

Xəbər lenti

Xəbər lenti