Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Cəmiyyət Xəbər 2 Noyabr 2026 10:48 (UTC +04:00)
Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, əlavə reyslər bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə təşkil olunur.

Eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər davam edir.

Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti