Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri ötən həftə ərzində 10-u azyaşlı olmaqla 38 nəfəri xilas edib.
Bu barədə FHN-dən bildirilib.
Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 143 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.
Həmçinin müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı və avtomobil qəzaları zamanı 2 nəfərin meyiti təhvil verilib.
