Bakı. Trend:
Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin sayılmasının rəsmi nəticələrini açıqlayıb.
MSK-nın saytında dərc olunan məlumata görə, prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Vılçev seçicilərin səslərinin 57,636 faizini toplayıblar. Onlara 1,077 milyondan çox seçici səs verib.
Digər namizədlər Andrey Gyurov və Georgi Kandev isə səslərin 39,402 faizini (təxminən 736 min səs) əldə ediblər.
Nəticələr yerli vaxtla saat 03:00-a olan məlumata əsasən, seçki komissiyalarının protokollarının 98,43 faizinin işlənməsi əsasında hesablanıb.
Səsvermənin yekun nəticələrinin noyabrın 4-dən gec olmayaraq açıqlanması gözlənilir.
