Ermənistan TRIPP layihəsinin icrasına başladığını açıqlayıb

Gündəm Xəbər 2 Noyabr 2026 12:15 (UTC +04:00)
Ermənistan TRIPP layihəsinin icrasına başladığını açıqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Respublikası hökuməti artıq faktiki olaraq “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına başlayıb.

"Armenpress"in məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyanın daimi komissiyalarının birgə iclasında “Ermənistan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ermənistan hökuməti növbəti proseslərin təşkilinə qədər vaxt itirməmək və layihə üzərində işə başlamaq məqsədilə öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihə sənədlərinin hazırlanmasına başlayacaq. TRIPP-in inkişafı üzrə şirkət yaradıldıqdan sonra Ermənistan hökuməti artıq görülmüş işləri həmin şirkətə təhvil-təslim edəcək”, – deyə Baş nazir bildirib.

Nikol Paşinyan vurğulayıb ki, bu layihə vasitəsilə regionda bütün kommunikasiyalar açıqlacaq.

“Şübhəsiz və birmənalı şəkildə demək olar ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan üçün Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində kommunikasiyalar açılacaq. Bütün bu istiqamətlər üzrə kommunikasiyaların açılması o demək deyil ki, bütün infrastrukturlar TRIPP layihəsinin tərkib hissəsi olacaq. Layihəyə Nrnadzor-Karçevan (Nüvədi-Kərçivan) dəmir yolu, eləcə də elektrik ötürücü xətləri və avtomobil yolu daxil olacaq. Qaz və neft kəmərləri ilə bağlı məsələlər isə daha sonra müzakirə ediləcək”, – deyə Nikol Paşinyan qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti