Bakı.Trend:
BMT-nin baş katibi Antonio Quterreş Ukraynadakı münaqişənin qısamüddətli perspektivdə həll olunması imkanını görmədiyini bildirib.
Bu barədə təşkilatın rəhbəri "El Pais" qəzetinə (İspaniya) verdiyi müsahibədə danışıb.
“ABŞ-nin Ukrayna-Rusiya münaqişəsi ilə bağlı mövqeyinin, məncə, yanlış olduğu aydındır. Mən münaqişənin qısamüddətli perspektivdə həllini görmürəm”, - deyə o, müsahibədə bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalist Benni Consona müsahibəsində Ukrayna münaqişəsi ilə bağlı sülh sazişinin əldə olunmasının yaxınlaşdığını bəyan etmişdi.
