Peskov gələcəkdə Rusiya qazının Ukrayna ərazisindən tranzitini istisna etməyib

Dünya xəbərləri Xəbər 2 Noyabr 2026 15:00 (UTC +04:00)
Peskov gələcəkdə Rusiya qazının Ukrayna ərazisindən tranzitini istisna etməyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Avropaya tranzitinin gələcəkdə bərpası həm alıcıların istəyindən, həm də satıcıların istək və imkanlarından asılı olacaq.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bütün bunlar alıcıların istəyindən, satıcıların istək və imkanlarından asılı olacaq. Çünki bildiyiniz kimi, qaz bazarı Avropa bazarından xeyli böyükdür. Bununla belə, Avropa bazarı yüksək gəlirli bazar hesab olunur”, – deyə Peskov Rusiyanın Ukrayna ərazisi vasitəsilə Avropa İttifaqına qaz tədarükünü gələcəkdə bərpa etməsinin mümkün olub-olmadığı ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti