İki “MAN”da gizlədilən 40 ton dizel aşkarlandı

Hadisə Xəbər 2 Noyabr 2026 15:32 (UTC +04:00)
İki “MAN”da gizlədilən 40 ton dizel aşkarlandı
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

“Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstan istiqamətinə hərəkət edən iki “MAN” markalı yük avtomobilində sənədlərdə göstərilməyən dizel yanacağı, qəlyan tütünü və avtomobil ehtiyat hissələri aşkar edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitələri sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub. Yük sənədlərində gips daşındığı göstərilsə də, yoxlama zamanı avtomobillərdə 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkarlanıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti