Daha bir beynəlxalq şirkət Azərbaycanda ƏDV ödəyicisi oldu

İqtisadiyyat Xəbər 2 Noyabr 2026 16:07 (UTC +04:00)
Daha bir beynəlxalq şirkət Azərbaycanda ƏDV ödəyicisi oldu
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Daha bir rəqəmsal xidmət təchizatçısı Azərbaycanda ƏDV qeydiyyatına alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Belə ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı- “Appcharge Ltd.” vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il noyabrın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti