Bakı.Trend:
Azərbaycan 2025-ci ilin yekunlarına görə dünyada ən böyük təbii qaz ixracatçısı olan 10 ölkə sırasına daxildir.
Bu barədə İtaliyanın "Eni" enerji şirkətinin hesabatında bildirilir.
2025-ci il dekabrın 31-nə olan məlumata əsasən, Azərbaycanın təbii qaz ixracının həcmi 24,6 milyard kubmetr təşkil edib. Bununla belə, ölkədən təbii qaz ixracı 2024-cü illə müqayisədə 3,4 faiz azalıb.
Eni şirkətinin məlumatlarına əsasən, 2025-ci ildə tədarük həcminə görə dünyada ən böyük 10 təbii qaz ixracatçısı (milyard kubmetr):

2025-ci il dekabrın 31-nə olan məlumata əsasən, Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatları 1,9 trilyon kubmetr təşkil edib. Bu göstərici 2023 və 2024-cü illərlə müqayisədə dəyişməyib. 2019–2022-ci illərdə bu göstərici hər il 1,917 trilyon kubmetr, 2015-ci ildə isə 665 milyard kubmetr olub.
2025-ci ildə Azərbaycanda təbii qaz hasilatı 37,97 milyard kubmetrə çatıb ki, bu da 2024-cü illə müqayisədə 0,7 faiz çoxdur. Ölkədə qaz istehlakı isə 13,36 milyard kubmetr təşkil edib ki, bu da illik müqayisədə 1 faiz azdır.
Ümumilikdə, 2025-ci il dekabrın 31-nə dünyada təsdiqlənmiş təbii qaz ehtiyatları 207,477 trilyon kubmetrə çatıb. Bu, əvvəlki illə müqayisədə 1,3 faiz artım deməkdir.
Dünya təbii qaz ehtiyatlarının 40 faizi Yaxın Şərqin payına düşüb. Sonrakı yerlərdə 31 faizlə Rusiya və Mərkəzi Asiya, 10 faizlə Şimali Amerika, 7 faizlə Afrika, 6 faizlə Asiya-Sakit okean regionu, 4 faizlə Mərkəzi və Cənubi Amerika, 2 faizlə isə Avropa qərarlaşıb.
Təsdiqlənmiş təbii qaz ehtiyatlarının həcminə görə dünyanın ən iri dövlətləri Rusiya (46,832 trilyon kubmetr), İran (33,988 trilyon kubmetr) və Qətərdir (23,831 trilyon kubmetr).
